Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları


Digərləri 28 May 2018 19:20:00 276 0

Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları

Mütəxəssislər sübut edir ki, xərçəng xəstəliklərinin 1/3 hissəsinin səbəbi həyat tərzi və qidadır.

Rus alimləri müxtəlif elmi araşdırmaların nəticələrini birləşdirib ən güclü kanserogen xüsusiyyətlərə malik olan qidaları müəyyən ediblər.

Son.az saglamolun.az-a istinadən bu məhsulların siyahısını sizə təqdim edir.

1. Spirtli içkilər

Spirtli içkilərin çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. Maraqlıdır ki, qadınlara spirtli içkilərin qəbulu kişilərlə müqayisədə daha güclü mənfi təsir edir, onlarda cinsiyyət sistemi xərçənginin riskini artırır.  

2. Emal olunmuş ət

Sosis, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır.