İt ruh gördü


Digərləri 28 May 2018 19:25:00 422 0

İt ruh gördü

Cəmiyyətdə belə bir mistik fikir var ki, heyvanlar gözəgörünməz varlıqları görə bilirlər. Xüsusən də itlərdə bu bacarıq daha çox müşahidə olunub.

Son.az xəbər verir ki, bu günlərdə xarici mediada əks-səda doğuran bir xəbər yayılıb. Sosial şəbəkə istifadəçisi olan amerikalı gənc qız itinin ruhları gördüyünü iddia edib.

"Mən rəfiqələrimi evimizə çağırmışdım. Bir az əylənəndən sonra xüsusi ayinlə ruh çağırmaq qərarına gəldik. Birdən əlimizin altındakı nəlbəki hərflərin üzərinə gedərək, otaqdakı itimi bayıra çıxartmağı əmr etdi. Biz iti çıxardıq. Və mən ruhdan otağın hansı küncdə olduğunu soruşdum. O da divanda əyləşdiyini dedi. Bir müddət sonra iti otağa gətirdim. Otağa girən kimi divanın qarşısında sakitcə uzanıb, sanki sahibinə təzim etdi. Bu hadisə məni vahiməyə saldı. Axı necə olur ki, itlər biz görmədiklərimizi görürlər?"