Şahzadənin xanımını aldadıblar? Gəlinlik paltarı qalmaqalı FOTO


Digərləri 28 May 2018 13:35:00 399 0

Şahzadənin xanımını aldadıblar?  Gəlinlik paltarı qalmaqalı  FOTO

Britaniya şahzadəsi Uilyamın xanımı, Kembric hersoginyası, 36 yaşlı Keyt Middltonun sevimli modelyeri və dizayneri Emiliya Vikstedlə bağlı qalmaqal böyüyür.

Son.az Daily Mail-ə istinadən bildirir ki, əslən Yeni Zelandiyadan olan modelyer şahzadə Harri və amerikalı aktrisa, model Meqan Marklla toy ərəfəsində gəlinlik paltarı sifarişi almışdı.

Sifarişə görə, E.Uiksted qısa müddətdə M.Markl üçün gəlinlik hazırlamalı idi. Üstəlik, bu gəlinlik yeganə nüsxədə olmalı, təkrarlanmamalı və ya əvvəllər haradasa, kimin üçünsə hazırlanmış modelin, yaxud eskizin təkrarı olmamalı idi.

Lakin o, sifarişdən imtina edib və sonucda Meqan Markl üçün "Givenchy'" brendinin əsəri olan geyim seçilib.


Xəbərə aid fotolar