“Qorxuram, indiki ağlım olsaydı, boşanmazdım”


Şou-biznes 28 May 2018 13:17:00 318 0

“Qorxuram, indiki ağlım olsaydı, boşanmazdım”

Bir il onunla çox maraqlı, pozitiv həyatımız olub.

Bu sözləri ARB TV-nin "Boş anlar" verlişinin növbəti qonağı DJ Çingiz Mustafayev olub. DJ Çina həyatında heç kimin bilmədiyi sirlərdən danışıb:  "Bir dəfə ailəli olmuşam. Demək olar ki, bunu heç kim bilmir. 10-11 il bundan qabaq olub. Evli olduğum zamanlar da DJ olaraq fəaliyyət göstərirdim. Mən televiziyaya çıxandan sonra, "Qızlar sənə yaxınlaşır, şəkil çəkir" kimi bir çox qısqanclıqlar yaranmağa başladı. Onu da başa düşürdüm, normaldı. Amma mən o vaxt buna hazır deyildim. İndi olsaydı, mən yüz faiz boşanmazdım.

O vaxt uşaq idim. Efir, işıqlar və s. bu normal psixoloji durumlar idi. Amma nə mən, nə də o peşmandı. Biz sonuncu günümüzü də toy-bayram kimi keçirdik. Mən sabah nə olacağını bilmirəm. Artıq hər gündən qorxuram. Bu gün belədir, belə yaşayıram. Hər nə pis olub, yaxşı olub, deməli, belə olmalıdır. Qismət belə imiş".


Xəbərə aid foto