"İtim belə Damlaya qulaq asmır"


Şou-biznes 28 May 2018 12:32:00 285 0

"İtim belə Damlaya qulaq asmır"

"ATV maqazin onlarla" proqramının "Hit parad" rubrikasının bu dəfəki qonağı əməkdar artist Elza Seyidcahan olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hərarətli çıxışları ilə seçilən Seyidcahan həmkarlarını yerdən yerə vurub.

O, "Hit parad"da bir ilki yaşadıb. Belə ki, Elza siyahıda olan Damlanın şəklini cırıb atıb. Hərəkəti ilə aparıcıya şok yaşadan əməkdar artist onu məhkəməyə verəcəyini deyib:

"Mən bu gün səni məhkəməyə verə bilərəm ki, qarşıma belə bir mahnı çıxarmısan. Ona nə qiymət verə bilərəm?

Heç ona qulaq asa bilmərəm. Hansı mahnıdan gedir söhbət? Pis söyüşlərlə dillərə düşüb. Üç ay efirə çıxmasın görək o "damcı" var? Nə nəslim ona qulaq asa bilməz, nə pişiyim qulaq asa bilməz.

Allah ona rəhmət eləsin. Nə də itim ona qulaq asa bilməz. İnsanda neçə sifət olar ki, gələsən efirə, bəzətdirib tək oturasan? Brilliant Dadaşovasan, Nisə Qasımovasan, ya Flora Kərimova? Damlayla bir verilişə çıxmışdıq.