"Ona təcavüz edib videoya çəkin. Qız uşağı deyil, heç nə bilinməz" VİDEO FOTO


Dünya 28 May 2018 10:41:02 383 0

"Ona təcavüz edib videoya çəkin. Qız uşağı deyil, heç nə bilinməz"  VİDEO  FOTO

Türkiyənin Batman vilayətində iki qızın həbsiylə nəticələnən "qızlar davası" olayındakı ifadələr ortaya çıxıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, "Azadlığa təhdid" və "Silahlı təhdid" əməllərinən həbs olunan şübhəlilər S.K və Z.Y hadisənin necə baş verdiyini və davanın detallarını ifadələrində danışıblar.

S.K ifadəsində Z.Y-ni də təqsirləndirib. 

"Əsəb xəstəsi olduğum üçün Z.Y və İ.D məni yoldan çıxartdılar" deyən S.K-nın ifadəsini təqdim edirik:

"İ.D sevgilisi ilə problem yaşamışdı. Mənə zəng etdi. Aralarını düzətməyimi istədi. Mən İ.D-nin sevgilisi ilə danışdım. Aralarını düzəltməyə çalışdım. Oğlan da mənə "İ.D-nin təhir etdiyi sən deyilsən? Onun haqqında niyə bu qədər xoş danışırsan?" dedi. Mən inanmadım. İ.D mənim haqqımda "Ona təcavüz edin, videoya çəkin. Onu rəzil edin. Evlənib, boşanıb, heç nə bilinməz" ifadələrindən ibarət oğlanlara mesajlar yazıbmış. Mən də İ.D-ya zəng etdim, üzr istəmək əvəzinə, kobud danışmağa davam etdi. Mən də Z.Y və H.Ö ilə birlikdə onunla danışmaq üçün ofisinə getdim.


Xəbərə aid fotolar