Çaylarda sululuq səviyyəsi açıqlanıb - Azalıb


Digərləri 28 May 2018 07:55:00 233 0

Çaylarda sululuq səviyyəsi açıqlanıb - Azalıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Bakı. Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 407 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 505 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 171 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.