Həqiqi ƏhliBeyt (ə) davamçısı kimdir?


Digərləri 27 May 2018 23:45:00 438 0

Həqiqi ƏhliBeyt (ə) davamçısı kimdir?

İmam Sadiq (ə) buyurur: "Agah ol ki, hər bir şeyin sütunu vardır. İslamın sütunu - Əhli-Beyt (ə) davamçılarıdır.

Agah ol ki, hər bir şeyin başı vardır və İslamın başı - Əhli-beyt (ə) davamçısıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər bir şeyin şərafəti vardır və İslamın şərafəti - Əhli-beyt (ə) davamçısıdır.

Hər bir şeyin ağası vardır və məclislərin ağası - Əhli-beyt (ə) davamçılarının məclisidir.

Agah olun ki, hər bir şeyin rəhbəri və imamı vardır, yerin imamı o diyardır ki, Əhli-Beyt (ə) davamçısı orada sakin olar.

Allaha and olsun ki, əgər siz yerdə olmasaydınız, yerdə bitki bitməzdi.