"Azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm"


Dünya 27 May 2018 23:13:00 277 0

"Azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm"

“Onların əl işlərində multikulturalizm dəyərləri var”

Parisin Luvr muzeyinin Karusel salonunda keçirilən "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisi başa çatıb. Sərgidə peşəkar rəssamlarımızdan Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli, həmçinin bir sıra gənc və istedadlı rəssamlarımızın əl işləri nümayiş olunub.

Son.az "Report"a istinadən bildirir ki, Paris "Art Shopping"in direktoru Stefan de Boyssonun dediyinə görə, azərbaycanlı rəssamların əl işləri bu dəfə də böyük maraqla qarşılanıb və buna səbəb onların multikulturalizm fonunda işlənmələridir.

"İlk dəfə bizim sərgimizdə Məryəm Ələkbərlinin əsərləri nümayiş etdirilib və bu əsrarəngiz rəsm əsərləri hər dəfə böyük maraqla qarşılanıb. Azərbaycanın istedadlı rəssamlarından olan Əsmər Nərimanbəyovanın əsərləri füsunkarlığı ilə seçilir. Azərbaycanlı rəssamların əsərlərinin rəsm həvəskarları və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilməsinə səbəb onlarda multikulturalizm dəyərlərinin əks olunmasıdır. Bu əl işlərində müxtəlif mədəniyyətləri - Avropa, Asiya və Yaxın Şərq mədəniyyətlərinin təsiri hiss olunur ki, bu da onları mövzu və stil baxımından daha rəngarəng və zəngin edir. Avropadan daha çox İtaliya və slavyan mədəniyyətlərinə məxsus çalarlara rast gəlinir. Mən Azərbaycan incəsənəti üzrə mütəxəssis olmasam da, multikulturalizmi təkcə azərbaycanlı rəssamların əl işlərində deyil, Azərbaycan arxitekturasında, parçalarında və incəsənətinin digər növlərində də müşahidə etmişəm", - deyə o bildirib.


Xəbərə aid fotolar