Ramazan ayında mənfi düşüncələrimizi kənara qoymaq üçün metodika


Digərləri 27 May 2018 22:40:00 277 0

Ramazan ayında mənfi düşüncələrimizi kənara qoymaq üçün metodika

Ramazan ayı - mənfi düşüncələri kənara qoymağın ən yaxşı fürsətidir. Bu ayda çalışın ki, nəfsinizi tərbiyə edib, mənfi fikirləri zehninizdən atasınız.

Tədqiqatlar göstərir ki, insan günahı düşünən zaman iztirab çəkər və əsəb gərginliyi keçirər. Halbuki, insan ruhu rahat və hüzurlu olmaq üçün yaradılmışdır. Quran-Kərim buyurur: "Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir". ("Bəqərə" 153). İmam Sadiq (ə) bu ayəni təfsir edən zaman buyurmuşdur ki, səbir - həmin orucdur. Deməli, bir insan namaz və oruc sayəsində günahdan uzaq ola bilər. İnsan günahdan uzaq olan zaman ruhu rahatlıq və hüzur hiss edər.

Namaz və oruc kimi, Allahı yada salmaq da ruhu rahatladar və qəlbə hüzur verər. Ramazan ayı - elə bir aydır ki, Allah bəndəsi günahdan uzaqlaşıb, Allaha yaxınlaşmağa çalışar. İnsan bu ayda özündə günahdan çəkinmək üçün xüsusi İlahi güc hiss edir. Ona görə də deyə bilərik ki, Ramazan ayı bir insanın nəfsini tərbiyə etməsi üçün ən gözəl aydır. Mənfi düşüncələr insanın təfəkkür etməsinə mane olan ən mühüm amillərdən biridir. Onun ən azı belə, həyatı acı etməyə kifayət edir. Necə ki, bir neçə damcı zəhər insan həyatına son qoya bilir. Ancaq bu mübarək ayda zehnimizi təmrin etdirərək, bu mənfi düşüncələrdən xilas ola bilərik. (Tebyan)

Bəs nə edək ki, parlaq gələcəyin qapılarını üzümüzə aça bilək?

1. Həyatımızda ali hədəflərə çatmaq üçün səy göstərək. Çalışaq ki, həyatımızın çatışmazlıqlarını aradan qaldıraq və ali hədəflərə diqqət gəstərək. Əgər diqqətimiz ali hədəflərdə olarsa, o zaman bu, adət və mələkə halına çevrilər. Bu adətlər isə şəxsiyyətimizi formalaşdırar. Təyin edər ki, siz necə insan olacaqsınız. Ona görə elə bu gündən özümüzdə bu müsbət adətləri yetişdirməyə çalışaq və həyatımızda müvəffəq olmağa can ataq.

2. Çətinliklərdən çıxış yolu axtarmaq. Çətinliklərimiz haqqında düşünsək, ondan çıxış yolunu da tapa bilərik. Əgər bir gün ərzində çıxış yolu tapmırsınızsa, o zaman dincəlin və səhəri sağlam zehinlə düşünməyə çalışın.