Oruc dünya və axirət səadəti gətirən ilahi ziyafət


Digərləri 27 May 2018 22:15:00 215 0

Oruc  dünya və axirət səadəti gətirən ilahi ziyafət

İnsanların hamısı ziyafətdə iştirak etməyi xoşlayırlar. Xüsusilə böyük şəxsiyyətlərin təşkil etdiyi ziyafətlər hamı üçün daha maraqlı və arzulanandır. Hər bir ziyafət onu təşkil edənin kimliyindən asılı olaraq ozünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də ziyafətlər heç də həmişə süfrədə olan rəngarəng nemətləri ilə yadda qalmır. Ziyafət nə qədər böyük şəxs tərəfindən təşkil edilmiş olsa, süfrə məsələsi bir o qədər arxa planda qalır və əsas diqqət məclisin səbəbkarına, onunla ünsiyyətə yönəlir. Əgər kimsə belə bir boyük məclisə xüsusi olaraq dəvət alsa, üstəlik orada iştiraka gorə mükafat da veriləcəyini bilsə, yəqin ki, heç vaxt belə bir məclisdə iştirakdan boyun qaçırmaz.

Son.az islam.az-a istinadən bildirir ki, Ramazan hər bir müsəlmanın dəvət olunduğu Allah qonaqlığıdır. Allah-Təala Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində bizləri bu ilahi ziyafətə dəvət etmiş və orada iştirak etməyi hər birimizə vacib buyurmuşdur. Bəli, Allah-Təala bizi ziyafətə dəvət etmiş və bildirmişdir ki, həmin ziyafətdə iştirak etsək, qazancımız dünya və axirət səadəti ola bilər.

Bildiyimiz kimi, İslamın insanlara vacib buyurdugu bütün əməllər həm maddi, həm də mənəvi mənfəətlərə əsaslanır. Oruc tutmaq da bu ümumi qaydadan istisna deyildir. Düzdür, Quran və ya hədislərdə heç də həmişə bütün əməllərin əsaslandığı hikmətlər açıqlanmır. Bunun müxtəlif səbəbləri ola bilər. Səbəblərdən biri kimi, həmin hikmətlərin izahının İslamın ilk dövrlərində insanlar tərəfindən lazımi şəkildə qavrana bilməməsini gostərmək olar.

Bildiyimiz kimi, bu gün artıq orucun insan sağlamlığına olan faydaları barədə kifayət qədər elmi dəlillər movcuddur. Hətta tam qətiyyətlə demək olar ki, insan orqanizmində orucun müsbət təsir göstərmədiyi bir üzv yoxdur. Bu cür elmi izahları o dovrün insanlarına başa salmaq təbii ki, qeyri-mümkün idi. Bu səbəbdən də Peygəmbərdən (s) və İmamlardan (ə) nəql edilmiş rəvayətlərdə orucun insan organizminə bu gün məlum olan xeyirlərini sadalayaraq, "oruc tutun ki, qanınızda olan ziyanlı yağlar təmizlənsin, bədəninizdəki filan zəhərli maddələr ərisin, qaraciyərinizin fəaliyyəti normallaşsın, astma xəstəliyi aradan qalxsın" və s. kimi ifadələr işlətməmiş, ümumi olaraq "oruc tutun ki, saglam olasınız" deməklə kifayətlənmişlər.

Orucun butun bu faydalarına baxmayaraq Allah-taala onun maddi xeyrini deyil, mənəvi faydasını açıqlamaga üstünlük vermişdir. Bunun səbəbi odur ki, mənəvi faydanı nəzərə alaraq oruc tutan, həmin maddi xeyirləri də təbii olaraq əldə etmiş olur. Belə ki, insan Allaha xatir oruc tutanda da oruc öz maddi təsirini həmin şəxsə gostərəcək və o, orucun organizmə olan xeyirlərini əldə edəcəkdir. Məsələnin əks tərəfi isə belə deyildir. Belə ki, əgər kimsə yalnız həmin maddi məqsədlərlə oruc tutsa, ondan nəzərdə tutulan mənəvi xeyirləri əldə edə bilməyəcəkdir. Oruc üçün Allah tərəfindən nəzərdə tutulan mənəvi xeyir isə heç nə ilə müqayisə edilə bilməz.