İnsan nə zaman Allahın yer üzərində xəlifəsi ola bilir?


Digərləri 27 May 2018 21:40:00 258 0

İnsan nə zaman Allahın yer üzərində xəlifəsi ola bilir?

Din alimləri kamala müxtəlif izahlar və təriflər vermişdilər. Hər kəs kamalı öz elm səviyyəsinə görə dəyərləndirə bilir. Ancaq həqiqi kamal nümunəsi Allah Təaladır. "Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər(məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?". ("Mulk" 3).

"(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: "İstər-istəməz (vücuda) gəlin!"". ("Fussilət" 11).

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah insan fitrətinə kamala çatmaq istəyi qoymuşdur, ona görədir ki, insan ömrü boyu kamal axtarışında olur. Bəzən onun doğru yolunu tapır, bəzən də azır.

Böyük arif olan Mərhum Seyyid Heydər Amuli kamal haqqında buyurur: "O kəs ki, din elminə vaqif olar, təriqət elmində lazımlı əməyə malikdir, həqiqət elmində bəsirət sahibi olar - o, şeyx adlanır. Ona görə də şeyx bu sifətlərə malik olan kamil insandır".

Dinimizin nəzərinə görə, kamil insan o kəsdir ki, həm abiddir, həm alim. İbadəti elmindən qaynaqlanır. Əslində insan şəxsiyyətini, onun nəzəri və əməli elmi müəyyən edir. Yəni, insan həm abid və həm də alim olarsa, deməli məqsədinə çatmışdır, deməli kamala çatmışdır.

Kamal - insanın bəsirətindədir və malik olduğu təqvadadır. Kamil insan gərək İlahi maarifi gözəl şəkildə dərk etsin. Sonra da onun əsasında əməl etsin. Yəni, o şeyi ki, öyrənibdir, əməldə büruzə versin. Bu insanın dilində həmişə Allahın adı olar. Hər işini və əməlini onun mübarək adı ilə başlayar.