Həqiqi təvəkkülün gözəl nümunəsi


Digərləri 27 May 2018 21:45:00 248 0

Həqiqi təvəkkülün gözəl nümunəsi

Hatəm Əsəm adlı bir şəxs günlərin birində qərara gəlir ki, Allah evinin ziyarətinə getsin. Onun həyat yoldaşı və uşaqları var idi.

Onların xərcini vermək yerinə, ziyarətə getməyi üstün bilir. Ancaq əslində ailəsinin rifahını təmin etdikdən sonra bu ziyarətə getməli idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də vəzifəsini düzgün yerinə yetirməmiş oldu və ailəsi haqqında heç düşünmədi. Ancaq onun həyat yoldaşı imanlı və təqvalı olduğu üçün,  bu dövrü İlahi imtahan hesab etdi. Allaha təvəkkül edib, Onun kəndirindən yapışdı.

Qonşulardan bir neçəsi onun evinə gəldilər və hallarını bu cür görən zaman dedilər: "Ərin əgər ziyarətə gedibdirsə sizin üçün də bir şey alıb qoymalı idi. Bəs niyə belə etməmişdir?".

Hatəmin xanımı buyurdu: "Məni Allahdan razı halda buraxıb getmişdir. Mənim ruzim də elə budur".

Soruşurlar ki, məgər sənin ruzin nə qədərdir ki, ona razı olursan?