Çin ABŞı beynəlxalq hüququ pozmaqda ittiham etdi


Dünya 27 May 2018 21:46:00 223 0

Çin ABŞı beynəlxalq hüququ pozmaqda ittiham etdi

Rəsmi Pekin ABŞ-a məxsus hərbi gəminin Cənub Çin dənizindəki Parasel adasının yaxınlığından keçməsi ilə əlaqədar ABŞ-ı Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib.

"ABŞ-ın "Higgins" esminesi Çin hökumətinin razılığı olmadan Parasel adalarına yaxınlaşıb. ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb", - deyə Çin rəsmisi bildirib.