Sumqayıtda NİŞAN OYUNU: Yolda bir birinə zidd


Digərləri 27 May 2018 21:34:00 299 0

Sumqayıtda NİŞAN OYUNU: Yolda bir birinə zidd

Sumqayıtda yol dairələrindən birinin bağlanması sürücülər arasında anlaşılmazlığa səbəb olub. Şərq bazarı deyilən ərazidə hətta bildiriş üçün dönmək qadağandır işarəsi də qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ərazidə bir birinə zidd iki yol nişanı var. Sumqayıtda avtomobillər üçün nəzərdə tutulan və "Şərq Bazarı" dairəsi kimi tanınan yol bağlanıb. Ərazidə hər iki hissədə "Giriş qadağandır" nişanı qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.

Sürcülər həmçinin iddia edir ki, avtomobil yalnız o istiqamətə dönəndən sonra nişanı görmək mümkündür.

Bəzi sürücülər hərəkət istiqamətinin dəyişməsindən xəbərsiz olduğu üçün qaydanı pozur və saxlanılaraq cərimə olunurlar.


Xəbərə aid video