Ramazan ayında ruhumuza necə enerji verək?


Digərləri 27 May 2018 21:10:00 260 0

Ramazan ayında ruhumuza necə enerji verək?

Ramazan ayı ruhumuzun və cismimizin enerji alması və güclənməsi üçün gözəl fürsətdir. 11 aydan yığılmış qabarlar, kin-küdurət, nifrətdən qurtulmaq üçün bu ay qızıl fürsətdir. Bu, elə bir enerjivericidir ki, bir ay bizə bu enerjini verir və 11 ay bizə kifayət edir. Yəni, həqiqi ehtiyaclarımızı ödəyə bilir.

İnsan iki hissədən ibarət olan bir canlıdır: ruhdan və bədəndən. Əgər insan hər ikisini inkişaf etdirə bilsə, dünya və axirət səadəti nəsibi olar. Əgər bu iki hissədən biri ayrı-ayrılıqda inkişaf edərsə və bir yerdə olmazsa, həqiqi səadətə çata bilməyəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanın ruhu cismi kimi üç cür ola bilir: sağlam, xəstə və ölü. Ancaq əgər ruha enerji versək, onu pak və təharət halında saxlamış olarıq. Yəni bu zaman ruh bütün çirkinliklərdən və günahdan uzaq olmağa çalışacaqdır. Ruh kamala və qüdrətə çata bilir. Günahlar ruhu zəiflədir. Günah işlətməkdən özünü saxlayan ruh qüdrətə və əzəmətə çata bilər.

Bəs əgər ruhumuza enerji və qüvvə versək, hansı təsiri göstərəcəkdir?

1. Nəfsə hakim olmaq.

İnsan ibadət və mənəviyyat nəticəsində ruhunu gücləndirər və bu zaman insan öz nəsfinə hakim ola bilər. Bu zaman öz eyblərini də görməyə başlayar. Allah buyurur: "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar". ("Təlaq" 2).

2. İradəsi güclənər.

O insan ki, öz nəfsinə hakimdir, iradəsi nəfsinin heyvani istəkləri qarşısında güclənər. "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

3. Xəyal qüvvəsinə hakim olar.

Bizim zehnimiz quş kimi oradan-ora həmişə uçmaqdadır. Xəyal qüvvəsi qəlb hüzurunu bizdən alar. Ona görə də namaz zamanı diqqətimizi cəmləyə bilmərik. Bu bizim zəif olduğumuzu göstərir. Ancaq Allah yolunun yolçuları daima öz xəyal qüvvələrinə hakimdirlər. O zaman ki, ruhları göylərdə seyr etmək istəyər, bu qüvvə öz oyunçuluğu ilə onlara mane ola bilməz.

4. Cisminə rəhbərlik edə bilər.