Britaniyada güclü ildırım və şimşək:


Digərləri 27 May 2018 21:07:00 313 0

Britaniyada güclü ildırım və şimşək:

Londonun mərkəzi hissəsi üzərində şimşəkçaxma anı. Sinoptiklər xəbərdarlıq ediblər ki, leysan yağış və ildırımçaxma nəticəsində binalara zərər dəyə bilər. Britaniyanın cənubunda bazar gününə keçən gecə leysan yağışla müşayiət olunan uzunmüddətli ildırımçaxma halları müşahidə edilib.

BBC-nin hava proqnozu proqramında qeyd olunduğu kimi, 4 saat ərzində rekord sayda olan 15000 şimşəkçaxma halı qeydə alınıb.

Londonun Stansted aeroportunun şimşək zərbəsinə məruz qalması nəticəsində təyyarələri yanacaqla dolduran avadanlıq sıradan çıxdıb, çox sayda uçuş yubadılıb.


Xəbərə aid fotolar