Din alimi olmağın meyarı nədir?


Digərləri 27 May 2018 20:20:00 350 0

Din alimi olmağın meyarı nədir?

Elm xarici bir şey olduğu üçün nurdur. O, əvvəl nəfs fəzasını aydınlandırar və sonra iki iş görər: biri budur ki, gələcəyi insan üçün aydınlandırar. İkincisi isə keçmişi insan üçün aydınlandırar. Necə ki, İmam Əli (ə) buyurur ki, həm keçmişi bizə nişan verər, həm də gələcəyi.

Ona görə də deyə bilərik ki, həqiqi elm odur ki, insana həm keçmişi və həm də gələcəyi nişan versin və aydınlandırsın.Həm insanı vadar etsin ki, ən uzaq nöqtəyə qədər gedib çıxsın. Həm də vadar edər ki, həmin uzaq nöqtədə gələcəyini qursun.

Son.az deyerler.org-a istinadən bildirir ki, din alimlərinin elmdən bəhrələri vardır və ona görə də onları Bəqiyətullaha bənzədirlər. Əslində Bəqiyətullah İmam Zaman ağadır (ə.f). Bu alimlər də ona elm sahəsində bənzədiklərinə görə, onları Ulu-bəqiyyə adlandırırlar. Ancaq hər din alimi bu məqamı əldə etməz, çox az alim vardır ki, İmamın (ə.f) yer üzərindəki nümayəndəsi olmaq şərəfinə nail olmuşdur.

Bir çoxları xəyal edirlər ki, insan bir neçə il hövzədə təhsil alıbdırsa, deməli artıq din alimi sayılır. Ancaq bu fikir yanlışdır.

Yanlışı da bundadır ki, elm haqqında lazımı qədər təsəvvürümüz yoxdur. Çünki elm - xarici bir şeydir, bəziləri onu zehni məlumatlarla səhv salırlar. Zehni məlumatlar ancaq zehnə aid olanlardır, onlar xaricə çıxan zaman yanlış qəlibə girirlər. Ancaq həqiqi elm xarici olduğu üçün, xarici həqiqətə tabe olmuşdur. Belə ki, yuxarıda da dediyimiz kimi, həqiqi elm odur ki, insana həm gələcəyi və həm də keçmişi nişan verə bilər. Bu elm ancaq xarici elmdir, zehni məlumatlar deyildir.