Samsung rekord təzminata məhkum edildi


Digərləri 27 May 2018 19:55:00 206 0

Samsung rekord təzminata məhkum edildi

ABŞ-ın Kaliforniya ştatının andlılar məhkəməsi "Samsung" korporasiyasını "Apple"ın müəllif hüquqlarını pozduğu səbəbi ilə ABŞ şirkətinə 539 milyon dollar məbləğində təzminat ödəməyə məhkum edib.

Son.az lent.az-a istinadən bildirir ki, məhkəmə belə qərara gəlib ki, "Samsung" smartfonların dizaynı ilə bağlı 3 patenti, eləcə də cihazların texnoloji funksiyaları ilə əlaqəli 2 patenti pozub. "Apple" Cənubi Koreya şirkətindən 1 milyard dollar tələb edirdi, "Samsung" isə cəmi 28 milyon dollar ödəməyə razı idi.

Məhkəmə çəkişməsi 2011-ci ildə başlayıb. "Apple" rəqibini "iPhone" texnologiyalarından "Galaxy" smartfonlarında qanunsuz istifadə etməkdə suçlayıb. Tərəflər təzminatın hansı qaydada hesablanacağı məsələsində mübahisə ediblər. Belə ki, təzminat hesablananda smartfonun ümumi qiymətini, yoxsa onun ayrı-ayrı elementlərini nəzərə almaq məsələsində fikri ayrılığı yaranıb. "Apple" cihazın ümumi qiymətini nəzərə almağı tələb edib, "Samsung" isə bununla razılaşmayıb.