Sabah hava əsasən yağmursuz olacaq


Digərləri 27 May 2018 15:05:27 260 0

Sabah hava əsasən yağmursuz olacaq

Ölkə ərazisində mayın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakı. Ölkə ərazisində mayın 28-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq, Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 24-27° isti olacağı gözlənilir. Abşeron çimərliklərində gözlənilən hava şəraiti - şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 8-13° isti, gündüz 27-32° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti təşkil edəcək.