Qalada xalq yaradıcılığı festivalı keçirildi FOTO


Digərləri 26 May 2018 22:18:00 260 0

Qalada xalq yaradıcılığı festivalı keçirildi  FOTO

25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyasının "Mədəniyyət"kanalı, Xalq yaradıcılığı redaksiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə "Xalq yaradıcılığı : qədim el sənətləri" festivalı keçirildi.

Son.az bildirir ki, tədbirin idea müəllifi olan Mədəiyyət kanalının direktoru Ramil Qasımov qeyd etdi ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiy ilə əlaqədar Prezident İlham Əliyevin 16 may 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının "Xalq yaradıcılığı" redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu "Qala" Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində Keçmişdən gələcəyə "Xalq yaradıcılığı: qədim el sənətləri" adlı festival keçirməkdə məqsəd, keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır. Layihə vətəndaşlarımızın, ölkəmizə gələn turistlərin mədəni istirahətinin təşkilinə xidmət edir: "Bu  gün dövlətimiz tərəfindən qədim el sənətlərinin təbliği istiqamətində,böyük işlər görülür. Mədəniyyətimizin hər  zaman dünyada təbliği üçün  çalışan, Heydər Əliyev fondunun xidmətləri əvəzsizdir. Hər zaman milli mədəniyyətimizə məxsusi qayğı  ilə  yanaşan Ölkəmizin birinci vitse-prezidenti, Mehriban xanıma bu qayğıya dəstəyi görə təşəkkürümüzü bildiririk".

Azərbaycan Televiziyasının musiqi kollektivləri, və solistləri, eyni zamanda, qədim əl işləri,  kitab sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün),  xalça toxuma və bu kimi nümunələr təqdim olundu.  


Xəbərə aid fotolar