Allah heç kimə göstərməsin: Belə gəlin olmaq ona baha başa gələcək…


Digərləri 26 May 2018 21:47:00 264 0

Allah heç kimə göstərməsin: Belə gəlin olmaq ona baha başa gələcək…

Yeni gəlin, yemək yeməyə və yatmağa özü qərar verə bilməz

Şahzadə Harri ilə ailə həyatı quran amerikalı aktrisa Meqan Markl artıq Krallıq protokoluna uyğunlaşmaq məcburiyyətindədir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bundan sonra Meqan Markl daha əvvəlki həyatından fərqli yaşayacaq. Belə ki, yeni gəlin daha aktrisalıq edə bilməyəcək.

Bundan əlavə, şahzadənin xanımına aşağıdakı qadağalar tətbiq olunacaq:

Səs verə bilməyəcək. Çünki krallıq qaydalarına görə, kraliçadan başqa heç kim səs verə bilməz.

Heç bir yerə gecikə bilməz. Yemək yeməyə və yatmağa özü qərar verə bilməz. Çünki bu, kraliçanın cədvəlinə uyğun müəyyənləşdirilir.

Hər hansı sosial şəbəkədən istifadə edə bilməz, bloq apara bilməz. Qeyd edək ki, o, keçən il şahzadə Harri ilə nişanlandıqdan sonra bütün hesablarını bağlamışdı.

Saraya hörmət səbəbilə selfi də çəkə bilməz.

Yeni gəlin, dırnaqlarına tünd, diqqəti çəkən dırnaq boyası çəkə bilməz.