Bu marşrut xətti üzrə balans yükləmə aparatı tapılmır VİDEO


Digərləri 26 May 2018 21:06:00 326 0

Bu marşrut xətti üzrə balans yükləmə aparatı tapılmır  VİDEO

XırdalandanBakıya və əks istiqamətdə hərəkətdə olan marşrut avtobusu kart sisteminə keçsə də, yolboyu balans yükləmə aparatlarının olmaması sakinlərin narahatlıgına səbəb olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Abşeron rayonunun Xırdalan şəhərindən Bakıya və ya əks istiqamətdə hərəkətdə olan 135 saylı marşrutdan gedir. Marşrutun əsas xətti Xırdalan şəhərindən, Bakı Mühəndislik Universitetinin qarşısından başlayır. Yol boyu karta balans yükləmə aparatlarının olmaması sərnişinlərdə narahatlıq yaradır. Sakinlər deyir ki, şəhərin bəzi ərazilərində aparatlar quraşdırılıb, amma işləmir.

Mövcud problem sürücüləri də narahat edir. Kartında balans olmayan sərnişinlərlə tez-tez mübahisələri də düşür. Hətta elə olur ki, bu səbəbdən xəttə gecikmələr olur.


Xəbərə aid video