Yəməndə milli barışıq elan edilir


Digərləri 26 May 2018 16:47:00 224 0

Yəməndə milli barışıq elan edilir

Yəmənin yeni xarici işlər naziri və BMT yanında keçmiş xüsusi nümayəndə Haled əl-Yamani bəyan edib ki, husi üsyançıları sülh prosesində iştirak etməyə razılıq veriblər.

Bakı. Yəmənin yeni xarici işlər naziri və BMT yanında keçmiş xüsusi nümayəndə Haled əl-Yamani bəyan edib ki, husi üsyançıları sülh prosesində iştirak etməyə razılıq veriblər. Trend-in məlumatına görə, Haled əl-Yamani bildirib ki, üsyançıların bu fikrə gəlməsinə səbəb onların getdikcə zəifləyən mövqeləridir. Yerli telekanal xəbər verir ki, hüsilər silahları da təhvil verməyi söz veriblər.