Gəncədə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib (FOTO)


Digərləri 26 May 2018 16:25:48 215 0

Gəncədə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib (FOTO)

Bu gün Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Gəncə şəhərində “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Gəncə şəhərində “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib. Trend-in məlumatına görə, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, naliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.