Euronews kanalı Bakı Şopinq Festivalı haqda süjet hazırlayıb VİDEO


Digərləri 26 May 2018 15:52:36 288 0

Euronews kanalı Bakı Şopinq Festivalı haqda süjet hazırlayıb  VİDEO

Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalını və Azərbaycanı turizm məkanı kimi tanıtmaqda davam edir.

Son.az-ın məlumatına görə, bununla bağlı Büro Avropanın Euronews Telekanalı ilə əməkdaşlıq edərək "Destination" proqramının bir sayını Bakı Şopinq Festivalına həsr etməyə nail olub.

Verilişdə Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda məlumat, həmçinin iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.