Axtarışda olan astaralı polisin üstünə tüfəng çıxartdı


Digərləri 26 May 2018 13:20:00 256 0

Axtarışda olan astaralı polisin üstünə tüfəng çıxartdı

Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.

DİN-dən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək Şöbəyə gətirilib.