Uqandada zəncirvari yol qəzası baş verib, 19 nəfər ölüb


Dünya 26 May 2018 11:04:24 260 0

Uqandada zəncirvari yol qəzası baş verib, 19 nəfər ölüb

Onların arasında üç uşaq da var

Uqandada ağır yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecəKiryandoqo rayonunda qeydə alınıb.

Sərnişin avtobusu, traktor və yük maşınının toqquşması nəticəsində 19 nəfər ölüb. Onların arasında üç uşaq da var.

Qəzada xeyli sayda yaralananın olduğu vurğulanıb.