Bir neçə gün ərzində 62 nəfər qətlə yetirilib


Dünya 26 May 2018 10:55:00 288 0

Bir neçə gün ərzində 62 nəfər qətlə yetirilib

Meksikanın Quanaxuato ştatında son bir neçə gün ərzində 62 nəfər qətlə yetirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ən çox insan ölümü olan qətl hadisəsi Salamanka şəhərində baş verib. Küçədə 11 cəsəd aşkarlanıb, onlardan 8-i parçalanıb qara plastik paketlərə yığılıb.

Bundan əlavə, Selaya şəhərində mayın 23-ü və 24-ü 10 nəfər qətlə yetirilib. Onlardan 5-i restoranda güllələnib.