Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin VAXTINI açıqladı


Digərləri 26 May 2018 10:59:00 251 0

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin VAXTINI açıqladı

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçiriləcəyi vaxtı açıqlayıb.

Son.az xəbər verir ki, qurumdan Son.az-a verilən məlumatda bildirilir ki, Prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 8 iyun 2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.

İmtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət ediləcəklər.