Süni intellekt polisə təhqiqatlar aparmağa kömək edir


Digərləri 26 May 2018 08:51:00 337 0

Süni intellekt polisə təhqiqatlar aparmağa kömək edir

Niderland Milli Polisi təhqiqatlar aparmağa kömək edən neyron şəbəkə ilə təchiz edilib. Sistem araşdırmaların müddətini xeyli azaltmağa imkan verir.

Son.az ICTnews-a istinadən bildirir ki, xüsusi kompüter alqoritmi işlərin materiallarını öyrənir, onları təsnif etməyə və təhqiqata hazırlamağa kömək edir. Süni intellekt sənədləri tədqiq edərək onları aydınlaşdırır, sübutları analiz edir və işin mümkün mürəkkəblik səviyyəsini müəyyənləşdirir. Cinayət işi neyron şəbəkə tərəfindən müstəqil araşdırıla bilməsə də, bütün adi işləri yerinə yetirir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, süni intellekt cinayət işlərini iki günə hazırladığı halda sıravi polis əməkdaşı bununla bir neçə həftə məşğul olur.

Məlumata görə, neyron şəbəkələr Milli DNK bazasına qoşulduğuna görə müxtəlif işlərdə ümumi detalları aşkarlayır və çatışmayan sübutları tapır. Hazırda süni intellekt 30 milyon çap səhifəsində saxlanılan 1500-dən çox cinayət işini öyrənib.