Luvrda azərbaycanlı rəssamların əl işləri sərgilənir FOTO


Digərləri 26 May 2018 08:58:00 289 0

Luvrda azərbaycanlı rəssamların əl işləri sərgilənir  FOTO

“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi mayın 27-dək davam edəcək

Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda nümayiş etdirilir.

Son.az "Report"a istinadən bildirir ki, "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisində peşəkar rəssamlarımızdan olan Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli, həmçinin gənc və istedadlı rəssamlar Leyla Məlikova, Cəmilə Sultan, Fatimə Məmmədova, Fidan Əliyeva, Aydan Hüseynli və digərlərinin əsərləri nümayiş etdirilir.

Gənc rəssamlarımızın həssas və şəffaf daxili aləmindən süzülərək əsrarəngiz rəng çalarlarının köməyi ilə ərsəyə gətirilmiş əl işləri bu mötəbər sərginin iştirakçılarının böyük marağı ilə qarşılanıb. İnsanın gözünü oxşayan bu rəsm əsərləri, eyni zamanda dərin fəlsəfi mövzularda işlənib hazırlanıb.


Xəbərə aid fotolar