Dünyanın ən bahalı brendi


Digərləri 26 May 2018 08:11:00 290 0

Dünyanın ən bahalı brendi

ABŞ-ın "Forbes" jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib. Reytinqdə "Apple" korporasiyası 8 il ardıcıl olaraq liderdir.

Son.az ICTnews-a istinadən bildirir ki, sözügedən jurnal "Apple" brendini 182,8 milyard dollar dəyərində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 8% yüksəkdir.

"Google" korporasiyası üçüncü il ardıcıl olaraq reytinqdə ikinci yeri tutub. Bu dəfə internet nəhənginin brendi 132,1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da illik müqayisədə 30% artım deməkdir. Reytinqin üçüncü pilləsində qərarlaşmış "Microsoft" korporasiyasının brendi 104,9 milyard dollar dəyərində qiymətləndirilib.