Meksika, Kuba və Floridaya "Alberto" fırtınası yaxınlaşır


Dünya 26 May 2018 08:03:00 307 0

Meksika, Kuba və Floridaya "Alberto" fırtınası yaxınlaşır

Meksika, Kuba və ABŞ-ın Florida ştatına "Alberto" fırtınası yaxınlaşır.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ-ın qasırğaları izləmək üzrə milli mərkəzinə istinadən verdiyi məlumata görə, fırtına Karib dənizinin şimal-şərqindən yaxınlaşır.

Mərkəzin məlumatına əsasən, həftənin sonlarında Kubanın Ukatan yarımadasında, ABŞ-ın Florida ştatında və Meksika körfəzinin şimal-şərqində güclü leysan yağışları ola bilər.