Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva “Son iclas” filminin təqdimatında iştirak ediblər (FOTO)


Digərləri 26 May 2018 00:49:50 338 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva “Son iclas” filminin təqdimatında iştirak ediblər (FOTO)

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Bakı. Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər. Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Cümhuriyyətin 100 iliyi münasibəti ilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin kəşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Mərasimdə çıxış edən filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bildirdi ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika olub, ölkədə çoxpartiyalı parlament yaradılıb və əsas azadlıqlar təmin edilib. Həmin dövrdə qadınlara seçib-seçilmək hüququ da verilib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir. Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva deyib: