Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib


Digərləri 25 May 2018 23:43:32 288 0

Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Bakı. Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib. Hüquqşünas alimlərin, tarixçilərin, elm və tədris müəssisələrinin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə keçirilən konfransı ədliyyə nazirinin müavini Azər Cəfərov açaraq xalqımızın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin rolundan və mühüm xidmətlərindən bəhs edib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə bir çox tarixi qərarlar qəbul olunub, dövlət atributları müəyyən edilib, ana dili dövlət dili elan olunub, vətəndaşlara bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququ verilib, hüquq sistemi yaradılaraq Ədliyyə Nazirliyi təsis edilib, məhkəmə və istintaq orqanlarının, prokurorluğun fəaliyyəti bərpa olunub. Azərbaycanın müstəqil dövlət kimi tanınması, digər dövlətlərlə əlaqələrin qurulması Cümhuriyyətin böyük uğurlarından biri olduğu qeyd edilib.