Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb


Dünya 25 May 2018 21:54:00 251 0

Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

Rusiya prezidenti Vladimir Putin Konstitusiyaya uyğun olaraq prezident seçkilərində üçüncü dəfə ardıcıl namizədliyini irəli sürməyəcək.

Son.az APA-ya istinadən bildirir ki, bunu Rusiya dövlət başçısı Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda bəyan edib.

"Mən daim Rusiya Federasiyasının Konstitusiyasına riayət etmişəm və edirəm. Konstitusiya açıq şəkildə qeyd edilib - iki müddətdən artıq olmaz", deyə V.Putin vurğulayıb.