Rüstəm İbrahimbəyovun fəxri adlardan məhrum edilməsi istənilir


Digərləri 25 May 2018 21:59:00 216 0

Rüstəm İbrahimbəyovun fəxri adlardan məhrum edilməsi istənilir

Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir. Onun "Qafqaz üçlüyü" filminə ziyalıların kəskin reaksiyası artmağa davam edir.

Son.az bildirir ki, Azərbaycanın tanınmış aktyorları və kinorejissorları Rüstəm İbrahimbəyovun bütün fəxri adlardan məhrum edilməsini təklif edirlər. Onlar Azərbaycan xalqına xəyanət, nifrət edən bir şəxsin xalq artisti, xalq yazıçısı adına layiq olmadığını bildirirlər.

Tarixi yaxşı bilən və iki yüz ildir ki, ermənilərin Azərbaycana qarşı soyqırımı həyata keçirdiyinin şahidi olan Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmi ilə hər şeyi bir kənara qoyub "mən xainəm" sözünü hayqırmağa üstünlük verdi. Çünki ermənilərin etdikləri vəhşilikləri bilə-bilə onları məzlum xalq, azərbaycanlıları isə vəhşi kimi qələmə verməyin başqa açıqlaması ola bilməzdi.

Hətta bir səhnədə deyil, "Qafqaz üçlüyü" filminin demək olar başdan sona bütün süjet xəttində dəfələrlə azərbaycanlılar vəhşi, mədəniyyətsiz, ümumbəşəri dəyərlərdən uzaq bir xalq kimi göstərilir.

Azərbaycanın xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı bildirir ki, bir zaman Azərbaycanın rəhbəri olmaq üçün namizəd olan bir şəxsin həmin xalqa qarşı xəyanəti ancaq bu insanın xislətində olan dönüklük ruhu ilə izah oluna bilər.

Xalq artisti bildirir ki, Rüstəm İbrahimbəyovun 2015-ci ildə çəkdiyi bir filmi indi geniş yaymaq cəhdləri səbəbsiz deyil və bu, Azərbaycanda Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərinə ləkə yaxmaq məqsədi daşıyır.