Bakıda tikinti şirkəti vətəndaşlara məxsus qarajları dağıtdı VİDEO


Digərləri 25 May 2018 21:40:00 291 0

Bakıda tikinti şirkəti vətəndaşlara məxsus qarajları dağıtdı  VİDEO

Bakıda sənədi olan bir neçə qarajın tikinti şirkəti tərəfindən sökülməsinə başlanılıb. Bu da vətəndaşların narazılığına səbəb olub.

Qaraj sahibləri isə tikinti şirkətinin təklifi ilə razılaşmır.

Son.az bildirir ki, paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsi, 22 ünvanında yerləşən qaraj sahibləri belə iddia edirlər. Onların sözlərinə görə, həmin ərazidə özəl şirkət tərəfindən pilot layihəyə uyğun olaraq 16 mərtəbəli yaşayış binası tikilir. Sakinlər iddia edir ki, sənədləri olmasına baxmayaraq, tikinti şirkətinin işçiləri buna məhəl qoymur və onlara məxsus bir neçə qarajı söküblər.

Tikitni şirkətinin nümayyəndəsi Rəşad Rəhimov isə şikayətçilərin iddialarını qəbul etməyərək bildirib ki, ərazidə qarajı olan hər bir vətəndaşa əvvəlcədən söküləcəyi ilə bağlı xəbərdarlıq edilib. Qarajda sahibkarılıq fəaliyyəti ilə məşğul olanlara kompensasiya verilməsi, digər vətəndaşlara isə tikiləcək binanın avtomobil dayanacağında yerin ayrılması təklif olunub. Qarajın əvəzinə şirkətdən ev istəyənlərə isə yox deyilib.