Kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimi başa çatıb


Digərləri 25 May 2018 19:50:00 287 0

Kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimi başa çatıb

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki,  Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.