MH17 qəzasının qurbanlarının qohumları Rusiyaya qarşı iddia qaldırıb


Dünya 25 May 2018 17:50:35 255 0

MH17 qəzasının qurbanlarının qohumları Rusiyaya qarşı iddia qaldırıb

Qeyd edilir ki, söhbət milyonlardan gedir

Donbassda "Boeing" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin qohumları olan 270 hollandiyalı Avropa İnsan Hüquqları Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Eyn vandaq" televiziya proqramı iddiaçının vəkili Cerry Skinnerə istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, daha əvvəl Avstraliya, Malayziya və Yeni Zelandiyadan olan 33 qurbanın yaxınlarıiddia qaldırıblar, sonra isə onlara hollandiyalılar qatılıblar.C.Skinner tələb olunan kompensasiyanın məbləğini dəqiq söyləməyib, lakin söhbətin hər ölən adama görə milyonlardan getdiyini qeyd edib.

"Eyn vandaq"ın məlumatına görə, artıq AİHM-ə, təxminən, 130 faciə qurbanının qohumları və yaxınları müraciət edib.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq İstintaq Komandası Malayziya aviaşirkətinə məxsus MH-17 reysi üzrə hərəkət edən təyyarənin 2014-cü ilin yayında Rusiya ordusunun ixtiyarında olan raketlə vurulduğunu bəyan edib.