"Əfv sərəncamı Prezidentin hər bir Azərbaycan vətəndaşına diqqət və qayğısının təzahürüdür"


Digərləri 25 May 2018 17:30:00 363 0

"Əfv sərəncamı Prezidentin hər bir Azərbaycan vətəndaşına diqqət və qayğısının təzahürüdür"

"Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı çox böyük bir humanist addımdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bu əfv sərəncamı çoxlu sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir, çünki indiyə qədər bu sayda insan bir sərəncamla əfv edilməmişdi:

"Bu addımın əsas mənası ondan ibarətdir ki, ölkə Prezidenti Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını diqqətdə saxlayır. Bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, onlar bağışlanır".