AZAL və "Buta Airways"in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək


Digərləri 25 May 2018 16:48:00 279 0

AZAL və "Buta Airways"in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

Ramazan bayramında AZAL və "Buta Airways" aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq. 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, beləliklə, "Azərbaycan Hava Yolları"nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər: 

Ekonom-sinif - tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus; Biznes sinif - tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus; Comfort Club - tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus; VIP Club - tarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus. 

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır. 

Milli loukoster "Buta Airways"in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər: