Kukla Teatrında “Ey şanlı Azərbaycan!” adlı konsert proqramı keçiriləcək


Digərləri 25 May 2018 16:29:25 213 0

Kukla Teatrında “Ey şanlı Azərbaycan!” adlı konsert proqramı keçiriləcək

Tədbir Dənizkənarı Milli Parkın ərazisində baş tutacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini konsert proqramı ilə qeyd edəcək.

Teatrdan "Report"a verilən məlumata görə,“Ey şanlı Azərbaycan!” adlı tədbir Dənizkənarı Bulvar İdarəsi ilə birgə həyata keçiriləcək.

Konsert proqramı mayın 28-də saat 16:00-da Dənizkənarı Milli Parkın ərazisində, Kukla Teatrının yanındakı geniş meydanda baş tutacaq.