Sürücülərin NƏZƏRİNƏ! Bakı Dairəvi-1 yolunda dəyişikliklər edildi (FOTO)


Digərləri 25 May 2018 16:32:00 206 0

Sürücülərin NƏZƏRİNƏ! Bakı Dairəvi-1 yolunda dəyişikliklər edildi (FOTO)

Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunub.

Bakı. Samir Əli - Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, artıq həmin avtomobillərin “Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkət edə bilərlər. Yenidənqurma işləri çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılıb. Bununla da əsas yoldan köməkçi yola yeni keçid hissə açılıb.