Fərhad Əhmədovun keçmiş arvadı tam ifşa olundu FOTO


Digərləri 25 May 2018 13:54:00 312 0

Fərhad Əhmədovun keçmiş arvadı tam ifşa olundu  FOTO

Bu günlərdə Britaniya mediasında azərbaycanlı biznesmen Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovanın neçə vaxtdır beynəlxalq miqyaslı qalmaqala çevrilmiş boşanma işinin axarını kökündən dəyişdirən sensasion məqalə dərc edilib.

Son.az virtualaz.org-a istinadla xəbər verir ki, Sürrey qraflığının Veybric şəhərində yaşayan 32 yaşlı veb-dizayner Mark Ayl "The Daily Mail" qəzetinə açıqlamasında həqiqətən Tatyana Əhmədovanın rəsmi nigahda ola-ola ərinə onunla xəyanət etdiyini açıqlayıb.

Məqalədə deyildiyi kimi Mark Ayl etiraf edib ki, 19 yaşı olanda 28 yaşlı Tatyana ilə münasibət qurub və faktiki olaraq onun vətəndaş nigahlı əri olub. Aylın bildirdiyinə görə bu yaxın münasibətlər uzun illər davam edib. Britaniyalı veb-dizayner jurnalistlərə deyib ki, Tatyana ilə onun iki azyaşlı oğlunu apardığı məktəbdə tanış olmuşdu. Ayl isə həmin məktəbə öz kiçik qardaşını aparırdı.

Mark Aylın adı Tatyana Əhmədovanın iddiası əsasında London Yüksək Məhkəməsində baxılmış boşanma və təzminat işində çəkilirdi. Lakin məlum olduğu kimi Tatyana bu faktı da inkar edib. İndi isə Tatyananın faktiki olaraq vətəndaş nigahlı keçmiş ərinin etirafları britaniyalı baristerlər, Əhmədovun keçmiş arvadının vəkilləri tərəfindən diqqətlə düzlüb-qoşulmuş iddia əsasında London Yüksək Məhkəməsinin misli görünməmiş sərt hökmünü alt-üst edir. Hansı ki, məhkəmə biznesmenin sərvətindən onun keçmiş arvadına 600 milyon dollardan çox ödənilməli olduğu haqda tamamilə qeyri-peşəkar və siyasi anqajə edilmiş qərar çıxarıb.

Tatyana vəkillər ordusu ilə "sübutları" məhkəməyə aparır

Versiya.ru yazır ki, Tatyana ilə münasibətlərin kəsilməsindən əzab çəkən, onunla 2000-20015-ci illər ərzində faktiki vətəndaş nigahında olmuş  Mark Aylın açıq etirafları Britaniya Femidasının qurduğu sübutlar piramidasını darmadağın edir, daşını daş üstündə qoymur.

Əgər söhbət nigahın pozulması prosesindən getməsəydi o zaman Mark Aylın bu geri dönüşü günahın etiraf edilməsi kimi qiymətləndirilə bilərdi, hansı ki, bu faktiki olaraq belədir. "Və hətta London hakimləri onun etiraflarını sübut kimi qəbul etməsəydi belə ən azından Aylı dindirməyə  sadəcə olaraq borclu idi. Lakin belə məlum olur ki, Yüksək məhkəmənin hansısa başqa öhdəlikləri, bizə belə gəlir ki, korrupsiya mənşəli öhdəlikləri olub"-sayt yazır.

Məqalədə deyilir ki, hara fırladırsan fırlat, London Yüksək Məhkəməsi ərinə xəyanət etmiş arvadın tərəfini tutub. Hətta onu bu xəyanətə görə kralsayağı mükafatlandırıb. Əgər söhbət britaniyalı ailədən getsəydi məhkəmənin belə qərar çıxara biləcəyini heç ağla da gətirmək olmazdı, çünki bütün normal ölkələrdə nigah xəyanətə görə pozulursa təzminat məsələsində xəyanət etmiş tərəf mükafatlandırıla bilməz.

Mark Ayl, Tatyananın mülki nigahlı keçmiş əri

Müəllif qeyd edir ki, Böyük Britaniya qanunvericiliyi boşanmaya əsas verə biləcək dörd sanballı səbəb göstərir:

- Xəyanət

- Ərin (yaxud arvadın) qeyri-adekvat davranışları, fiziki və psixoloji zorakılığa əl atması, sərxoşluğa və narkotikə qurşanması, ailənin xərclərini ödəməkdən imtina etməsi.

- Ərin və ya arvadın evi iki il və daha çox müddətdə qəsdən evi tərk etməsi;

- İki il ərzində ayrı yaşamaq, bir şərtlə ki, tərəflər boşanmaya razıdırlar, üstəlik ayrı yaşama dedikdə təkcə ayrı-ayrı ərazilər nəzərdə tutulmur, tərəflər bir evdə də ayrı yaşaya bilərlər. Amma ayrı-ayrı otaqlarda və ayrıca təsərrüfata malik olmaqla.

"London Məhkəməsində Tatyana Əhmədovanın boşanma iddiasına baxılarkən boşanmaya əsas verə biləcək təkcə iki səbəb ortada idi-xəyanət, özü də Tatyana tərəfindən və keçmiş ər-arvadın bir-birindən uzun müddət ayrı yaşaması.

Ona görə də budur, Yüksək məhkəmə hər iki sübut bazasını baş-ayaq edib. Tatyana tərəfindən ərinə xəyanətə sadəcə olaraq məhəl qoymayıb, onun keçmiş sevgilisi Mark Aylın ifadəsini almayıb, habelə Tatyananın guya keçmiş əri ilə lap elə son vaxtlara qədər ər-arvad həyatı yaşadıqları haqda dediklərinə də inanıb, bunu sübut kimi qəbul edib"-sayt yazır.