Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı


Dünya 25 May 2018 12:49:00 253 0

Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı

Ukraynanın Lvov vilayətində bu ölkəni Avropa İttifaqı ilə birləşdirən tunel açılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, uzunluğu 1822 metr olan Beskid tuneli yerin 180 metr dərinliyindən keçir.

Qeyd olunur ki, əsası hələ 1886-cı ildə qoyulmuş tunel 2007-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar təmirə bağlanmışdı.