Yeni sürücülük vəsiqələri necə olacaq?


Digərləri 25 May 2018 10:57:00 235 0

Yeni sürücülük vəsiqələri necə olacaq?

Son.az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov Azərbaycanda veriləcək yeni sürücülük vəsiqələri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, yeni layihə hazırda istifadə etdiyimiz vəsiqələrdə 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən yeni nümunəyə uyğun olmaması (məlumatların sıralanma ardıcıllığının pozulması) və vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflər (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya edilməməsi problemini həll edəcək. Layihə qəbul edilib qüvvəyə mindikdən sonra (yəqin ki, gələn ilin əvvəllərindən) isə sürücülük vəsiqələri tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək: