13 saylı cəzaçəkmə müəssisəsindən 41 məhkum azadlığa buraxılıb (FOTO)


Digərləri 25 May 2018 10:57:00 228 0

13 saylı cəzaçəkmə müəssisəsindən 41 məhkum azadlığa buraxılıb (FOTO)

13 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Bakı. Samir Əli - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub. Trend-in məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 41 məhkum azadlığa buraxılıb. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.