25 yaşlı kişini avtomobil vurub


Digərləri 25 May 2018 08:24:00 225 0

25 yaşlı kişini avtomobil vurub

Gəncədə piyadavurma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin "Poçt qəsəbəsi" adlanan ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Aydın Quliyev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.